“Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.
STP – Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür, ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.