“Moonmilk” MMC ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, Port Baku Biznes Mərkəzi, ev 153, mənzil 23-cü mərtəbə ünvanına bildirə bilərlər. Bura “PAŞA Holdinq”in hüquqi və faktiki ünvanıdır.
Qeyd edək ki, “Moonmilk” MMC 2019-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Emil Topçiyevdir.