ABŞ 2022-ci ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirib.
Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
“Son bir ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirmişik və bu istiqamətdə fəaliyyəti davam etdirəcəyik”, – o deyib.