2023-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.9 faiz artaraq 908.3 milyon manat olmuşdur.
Banker.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatında deyilir.
Hüquqi şəxslər tərəfindən əhaliyə 832.9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 91.7 faizini təşkil etmişdir.