14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda ötən ay əməkhaqqı kartlarının sayı azalıb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayının sonunda
ötən aya nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.4% artmışdır.

Ödəniş kartlarında artım debet kartları üzrə 16.9%, kredit kartları üzrə 28.7% təşkil
etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min,
kredit kartları 420 min, digər kartlar isə 1.5 mln. ədəd artmışdır.

2023-cü ilin fevral ayının sonunda əvvəlki ay ilə müqayisədə əməkhaqqı kartları 8 ədəd azalaraq 2 milyon 728 min ədədə düşüb.

Son xəbərlər
Digər xəbərlər