Aprelin 3-də ABŞ administrasiyası Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.
Bu barədə “Reuters” agentliyi adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən xəbər verir.
Qeyd olunub ki, yeni paketə hava hücumundan müdafiə radarları, tank əleyhinə raketlər, yanacaq daşıyan maşınlar, bərpa maşınları və tanklar, aviasiya və NASAMS zenit-raket sistemləri daxil olmaqla, onlarla növ sursat daxildir.