Kənd Təsərrüfatı Nazirliyinin kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, aqrar sahədə güzəşt tətbiq edilən texnika və texnoloji avadanlıqlardan “kotan” “dönər kotan”la əvəzlənib.
Bu qərar bu il oktyabrın 1-dən qüvvəyə minəcək. Qərarın icrasına nəzarət kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılıb.
Nazirliyin Hüquq və İcra İntizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.