10 C
Baku
Monday, November 18, 2024

EPUL Pul kisəsində SİMA ilə identifikasiya

®İstifadəçilərin daha rahat və sürətli ödənişlərini təmin edən EPUL.az platforması bu istiqamətdə işlərini davamlı və uğurla icra edir. Ödəniş sisteminin daha çox  istifadə olunan xidmətlərindən biri də EPUL Pul kisəsidir.

Məlum olduğu kimi Pul kisəsi xidmətindən müxtəlif tariflər üzrə yararlanmaq olar. Hazırda bu xidmət üzrə identifikasiya daha bir üsulla əlçatan oldu. Artıq EPUL sistemində SİMA yeni nəsil rəqəmsal imza ilə identifikasiya da mümkündür.

Sima mobil tətbiqində qeydiyyatdan keçmək və zəruri məlumatları təqdim etməklə bu prosesi icra etmək olar. Müraciət olunan anda identifikasiya təsdiqlənir. 

SİMA yeni nəsil rəqəmsal imza ilə identifikasiya sayt və mobil tətbiqlə mümkündür. Bu funksiya elektron Pul kisəsindən limitsiz, vaxt itkisi olmadan, daha rahat yararlanmanı təmin edir.

E-Pul.az-ın yaradıcısı olan “Paysis” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet, cərimə, YDM, mağazalar şəbəkəsi və digər ödənişləri, köçürmələr, eləcə də müxtəlif məhsulların alışını təmin edir.

Son xəbərlər
Digər xəbərlər