Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan aprelin 7-də ABŞ-a səfərə gedəcək.
Bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Səfərin bir həftə çəkəcəyi bildirilib.
Məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan qərar imzalayıb.
Səfərin məqsədi açıqlanmayıb.