11 C
Baku
Tuesday, November 26, 2024

Rusiya və Hindistan neft ticarətində Dubai etalonuna keçiblər

Rusiyanın “Rosneft” və Hindistanın “Indian Oil Corp” şirkəti Avropanın Brent bençmarkından imtina edərək Dubai etalonuna keçməyə qərar veriblər, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Rosneft” yeni maliyyə ilində (aprelin 1-dən başlayıb) hər ay 1.5 milyon tona qədər neft satacaq. “Rosneft” və “Indian Oil Corp” öz mənbələri ilə bağlı “Reuters”ə şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Brent və Dubay bençmarkları dollarla ölçülür. Avropalı treyderlər və neft şirkətləri satış üçün Brent, Asiya treyderləri Dubai etalonundan istifadə edirlər.

Martın 29-da “Rosneft” və “Indian Oil Corp” Rusiya neftinin Hindistana ixracının artırılmasına dair müqavilə imzalayıblar. Xatırladaq ki, Hindistanın neft idxalının üçdə bir hissəsi Rusiyanın payına düşür.

Son xəbərlər
Digər xəbərlər