10 C
Baku
Wednesday, November 27, 2024

“M Bulak” BOKT-nin xalis mənfəəti bu xərclər səbəbindən azalıb – HESABAT

“M Bulak” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci il üzrə faiz gəlirlərinin artımına rəğmən xalis mənfəəti illik müqayisədə azalıb.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına isdinad edir.

2022-ci ildə faiz gəlirləri illik müqayisədə 1.6 faiz artaraq 6 milyon 196 min manat təşkil edib. 2021-ci ildə faiz xərci etsə də, bu 2022-ci ildə sıfır olub.

Şirkətin mənfəətinə azaldıcı təsiri ümumi inzibati xərclərin öncəki ildən 2022-ci ildə daha çox olmasıdır. Hesabat ilində BOKT işçilərin əmək haqqı xərclərinə 2 milyon 350 min manat olub – bu 2021-ci ildə  1 milyon 187 min manat idi.

3 milyon 515 min manat mənfəət əldə edib, buradan isə 627 min manat mənfəət vergisi ödəyib və beləliklə 2 milyon 900 min manat xalis mənfəət edib. 2021-ci ildə onun xalis mənfəəti 3 milyon 89 min manat idi.

Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 1 yanvar 2023-ci il tarixinə 8 milyon 859 min manat olub.

“M Bulak” BOKT-nin müştərilərə verdiyi kredit portfelinin həcmi illik müqayisədə 35 faiz artaraq 18 milyon 657 min manat olub. Cəmi aktivlər isə 19 milyon 448 min manat olub.

Öhdəliklərin həcmi 170 min manatdır.

19 milyon 278 min manatlıq cəmi kapitalın  10  milyon 478 min manatı nizamnamə kapitalı, 8 milyon 859 min manatı isə bölüşdürülməmiş mənfəətdir.

Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə “Mol Bulak” adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. BOKT-nin nizamnamə kapitalının  95.93% – Aleksey Kokarev və 4.07% – Babirjan Tolbayevə məxsudur. Bu barədə 2021-ci il üzrə audit hesabatında qeyd edilmişdi. 2021-ci ilə qədər BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkəti sayılırdı.2143e 1 1

Son xəbərlər
Digər xəbərlər