14 C
Baku
Saturday, November 23, 2024

Finlandiya NATO-ya üzv olacağı təqdirdə Rusiya qərbdə hərbi potensialını gücləndirəcək

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın NATO-da iştirakına qarşı qərb və şimal-qərb istiqamətində ölkəsinin hərbi potensialını gücləndirəcəyini bəyan edib.

O, bu barədə Finlandiyanın NATO-ya üzvlüyünü dəyərləndirərəkən mətbuata verdiyi açıqlamada bildirib.

Rusiyanın Finlandiyanın NATO-ya üzv olmasına qarşı lazımi addımlar atacağını bildirən Qruşko deyib: “Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcəyik. Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik”.

Qeyd edək ki, NATO-nun baş katibi aprelin 4-də Finlandiyanın alyansın 31-ci üzvü olacağını və ölkənin bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını açıqlayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər