Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Həmçinin qeyd olunub ki, 6 aprel tarixində Moskvada İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası keçiriləcək. İclasda ölkələrarası inteqrasiya əməkdaşlığının bir sıra məsələləri üzrə qərarların qəbulu planlaşdırılır.