Finlandiyanın NATO-ya daxil olması Avropada sabitliyi və təhlükəsizliyi gücləndirmir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Finlandiyanın NATO-ya daxil olmasının Rusiya Federasiyası üçün təhlükə yaratdığını söyləyib.
“Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya Federasiyası öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac duyacaq və lazım olan hər şeyi edəcək”, deyə Kremlin sözçüsü vurğulayıb.