17 C
Baku
Saturday, October 5, 2024

Çin ABŞ-ın 2 təşkilatına sanksiya tətbiq edib

Çin Tayvan liderinin ABŞ-a səfəri və burada keçirdiyi görüşlərlə əlaqədar ABŞ-ın iki təşkilatına qarşı sanksiya tətbiq edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Çin XİN Ronald Reyqan Prezident Kitabxanasına və ABŞ-da yerləşən “beyin mərkəzi” Hudson İnstitutuna, eləcə də təşkilat rəhbərlərinə qarşı sanksiyalar elan edib.

Sanksiyalar Tayvan lideri Tsay İnq-venin ABŞ-a son səfərinə və Kaliforniyada ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşünə cavabdır.

Nazirlik bildirib ki, təşkilatlar “Tayvan separatçılarının fəaliyyəti üçün platforma və rahatlıq təmin etdikləri” üçün sanksiyaya məruz qalıb.

ABŞ-a səfəri zamanı Hudson İnstitutu Tayvan rəhbərinə liderlik mükafatı təqdim edib, Reyqan Kitabxanası isə Tsay və Makkartinin görüşünə ev sahibliyi edib.

Sanksiyalar bu təşkilatların rəhbərlərinə səyahət qadağalarını ehtiva edir, həmçinin onların Çin təşkilatları ilə işləməsini və Çində mülk və ya digər əmlaka sahib olmasını qadağan edir.

Çin həmçinin Prospect Fondu və Asiya Liberallar və Demokratlar Şurası da daxil olmaqla, iki Asiya təşkilatına da sanksiya tətbiq edib.

Çin XİN-in Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglian bildirib ki, təşkilatlar “akademik və tədqiqat mübadiləsi adı altında” Tayvanın müstəqilliyinin təşviqində iştirak etdikləri üçün sanksiyaya məruz qalırlar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər