Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Ərdoğan Fələstinə hücumlarına qarşı islam dünyasının həmrəy olmasının lazım olduğunu bildirib.
Ərdoğanla Rəisi, həmçinin, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.