9 C
Baku
Thursday, December 12, 2024

Ötən il “Kəpəz” BOKT-un borcları artıb

“Kəpəz” BOKT MMC 2022-ci ili 772 min 511 manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 42 min 659 manat olub ki, bu da aylıq müqayisədə 18 dəfə artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kəpəz” BOKT-un faiz gəlirləri 2 milyon 531 min manat (əvvəlki ilə nisbətən 2.4 dəfə artım, faiz xərcləri 639 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə çox) təşkil edib.

Bu ilin yanvarın 1-nə “Kəpəz” BOKT-un cəmi aktivləri 8 milyon 146 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 59.4% artımdır. Bunun 6 milyon 927 min manatı müştərilərə verilmiş kredit və avanslardır.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 3 milyon 818 min manatdan 6 milyon 79 min manata, cəmi kapitalı isə 1 milyon 294 min manatdan 2 milyon 67 min manata çatıb.

2022-ci ildə BOKT-un cəlb etdiyi müddətli borc öhdəlikləri 2021-ci ilə nisbətən 28 dəfə və  artaraq 1 milyon 571 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər