13 C
Baku
Sunday, November 24, 2024

“Mərkəzi Şərqi Azəri” platformasının quraşdırılması 2023-cü ilin ikinci rübündə gözlənilir

“Azəri-Çıraq-Günəşli” blokunda “Mərkəzi Şərqi Azəri” (ACE) platformasının quraşdırılması 2023-cü ilin ikinci rübündə gözlənilir.

Platformanın tikintisi 99 faiz yekunlaşıb, hazırda sınaqdan keçirilməsi və işə salınmasına hazırlıq üzrə işlər aparılır.

bp-nin yeni platformasının sınaqdan keçirilməsi üzrə işlər 95 faiz tamamlanıb. ACE-nin tikintisində 1500 nəfər mütəxəssis iştirak edib ki, bunların da 90 faizini azərbaycanlılar təşkil edib.

Bundan başqa, 14 km-lik boru kəmərinin tikintisi üzrə işlər tamamlanıb, habelə üç sualtı konstruksiya quraşdırılıb. Həmçinin ACE platformasından Səngəçal terminalınadək ixrac boru kəmərlərinin birləşdirilməsi üzrə işlərdə də müəyyən müvəffəqiyyət əldə edilib. Qaz kəmərinin qoşulması artıq tamamlanıb, neft kəmərinin isə bu ilin ikinci rübünün sonunda qoşulacağı gözlənilir.

Bundan əlavə, ACE platformasının Səngəçal terminalından distant idarə olunması üzrə işlər 100 faiz yerinə yetirilib.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər