13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması təhlil olunur

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə nəqlinin artırılmasının reallaşması üçün texniki və kommersiya həll yollarının analizi aparılır.

Bu barədə SOCAR-ın məlumatında bildirilir.

“Gələcəkdə BTC vasitəsilə Qazaxıstan neftinin tranzitinin artırılması mümkündür. İlkin razılaşma olaraq 1.5 mln. ton neftin tranziti nəzərdə tutulub və gələcəkdə əməkdaşlıq daha da genişləndirilərək nəql olunacaq qazax neftinin həcminin artırılması planlaşdırılıb. Lakin Qazaxıstan neft həcmlərinə tətbiq olunan mövcud limitləri nəzərə alaraq, bunun reallaşması üçün texniki və kommersiya həll yollarının analizi aparılır”, – mənbə qeyd edib.

Qeyd etmək lazımdır ki, bu ilin martın 23-də SOCAR “Tengiz” yatağında hasil edilən Qazaxıstan neftinin BTC boru kəməri ilə tranzitinə başlayıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1.5 mln. ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.

Xeyr BTC vasitəsilə nəql olunan Qazaxıstan nefti “Azeri Light” markalı neftin keyfiyyətinə heç bir təsir etməyəcək. Çünki qazax neftinin göndərilməmişdən əvvəl xarakteristikası və keyfiyyəti yoxlanılır, həmçinin BTC tərəfindən nəql olunan Qazaxıstan neftinin keyfiyyətinə və həcminə tətbiq olunan limitlər “Azeri Light” neftinin keyfiyyətinin dəyişməsinə icazə vermir”, – mənbə bildirib.

O, əlavə edib ki, nəql imkanlarının məhdudiyyətləri neftin keyfiyyətindən asılıdır və bu məhdudiyyətlər keyfiyyət göstəricilərinin boru kəmərinə uyğunluğunun yoxlanılmasından sonra müəyyən olunur.

Xatırladaq ki, 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin (Qazaxıstan nefti ilə yüklənmiş) həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər