9 C
Baku
Monday, November 18, 2024

Ukrayna müdafiə naziri Rusiyaya xəbərdarlıq edib: “Yeni hücuma hazırlaşırıq”

“Ukrayna Qara dənizdə yeni hücuma hazırlaşır”.

Bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi brifinqdə deyib.

O, Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”.

Qeyd edək ki, ötən il aprel ayında Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz donanmasının “Moskva” kreyserini məhv edib. “Moskva” İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batan ən böyük hərbi gəmidir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər