8 C
Baku
Monday, November 18, 2024

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələri ilə bağlı bir sıra xidmət haqları müəyyənləşəcək

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər