“Badamlı Mineral Sular” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Daşqın Səfərovdur.
İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC Şahbuz rayonunda 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Simral Axundovdur.