Azərbaycan 2023-cü ilin I rübündə operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7.7% artırıb.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz tvitter hesabında yazır.
O, ilin ilk rübündə 7 mlrd. 756.2 mln. kiloVatt-saat (kVt-s) elektirik enerjisi istehsal edildiyini diqqətə çatdırıb.
Nazirin sözlərinə görə, bunun 1 mlrd. 238.9 mln. kVt-saatı ixraca yönəldilib. Dövlət Gömrük Komitəsinin 2022-ci ilin ilk rübü üzrə ixrac göstəriciləri isə 584.23 mln. kVt-saat idi. Cari ildə ixrac düz 2 qat artmış olub.
Bununla yanaşı ötən rübdə 31.3 mln. kVt-s elektrik enerjisi idxal edilib.
Yanvar-mart aylarında İES -lər üzrə 7387.4 mln. kVt-s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 368.8 mln kVt-s elektrik enerjisi istehsal edilib.