14 C
Baku
Saturday, November 23, 2024

Şirkətə ayrılan investisiyanın dövlət proqramının məqsədinə tam uyğun olmadığı məlum olub

Hesablama Palatası “AzerGold” QSC tərkibində törəmə şirkətə ayrılan investisiyanı “dövlət proqramın”ın məqsədlərinə tam uyğun olmadığını hesab edir.

Banker.az xəbər verir ki, Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində qeyd edilir.

Palata qeyd edir ki, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında qərar qəbul edilib.

Lakin Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə müvafiq Sərəncamda dəyişiklik edilib, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə bağlı qərarı əsasında 05 oktyabr 2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilərək 14 dekabr 2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib.

Buna baxmayaraq, 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9 milyon 600 min manat maliyyə dəstəyi ayrılmış və 100% həcmində istifadə edilib.

“Beləliklə, qeyd edilən vəsaitin ayrılması “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın məqsədlərinə tam uyğun olmayıb”– deyə, Palata qeyd edir.

II Dövlət Proqramının əsas məqsədi:

-“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirməkdən;

-iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliyini yüksəltməkdən;

-bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirməkdən;

-iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdan;

-dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən;
– I Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini başa çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.

Son xəbərlər
Digər xəbərlər