11 C
Baku
Monday, November 25, 2024

Hesablama Palatası ötən il 37 milyon manatlıq səmərəsiz xərc aşkar edib

2022-ci ildə Hesablama Palatası apardığı uyğunluq auditləri hesabına 16 qurumda 36.7 milyon manatlıq səmərəsiz xərc aşkar edib.

Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, 12 milyon manatı bağlanmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması, 9.9 milyon manatı audit dövrünün əvvəlində alınmış avadanlıq və malların istifadə edilməməsi, 8.3 milyon manatı avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması, 2.7 milyon manatı koronavirus (COVID-19) və digər səbəblərdən keçirilməyən tədbirlərə pul xərclənməsi, 1.4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə xərc çəkilməsi, 1.3 milyon manatı audit dövrünün əvvəlində alınmış proqram təminatını istifadə olunmaması, 0.6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılması, 0.5 milyon manatı isə digər səmərəsiz hallarla bağlı olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər