Büdcə qanunvericiliyinin pozulması və dövlət satınalmaları sahəsində nöqsanlar üstünlük təşkil edib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, auditor hesabatlarına əsasən büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə nöqsanlara daha çox rast gəlinib:
– Büdcə qanunvericiliyi üzrə 52.2%;
– Dövlət satınalmaları üzrə 26.5%;
– Əsaslı vəsait qoyuluşu üzrə 9.7%;
– Vergi və gömrük qanunvericiliyi üzrə 5.2%;
– Dövlət əmlakının istifadəsi üzrə 4.1%;
– Sosial müdafiə və sosial təminat üzrə 2.3%.