14 C
Baku
Saturday, November 23, 2024

Kreml: “Taxıl sazişi”nin növbəti dəfə uzadılması perspektivi azdır”

“Taxıl sazişi”nin növbəti dəfə uzadılması perspektivi azdır”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buna səbəb müqavilənin Rusiya ilə bağlı hissəsinin işləməməsidir.

Peskov həmçinin qeyd edib ki, NATO ölkələrinin vətəndaşlarının Ukrayna tərəfindən döyüşlərə cəlb olunmasına dair Rusiyada məlumat var.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Qeyd edək ki, bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə 2 aylıq uzadılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər