Beynəlxalq tərəfdaşlar Ukraynaya 115 milyard dollar uzunmüddətli maliyyə yardımı göstərəcək.
Bunu Ukraynanın baş naziri Denis Şmıqal Dünya Bankında Ukraynaya dəstək məqsədilə nazirlər səviyyəsində keçirilən dəyirmi masada iştirakdan sonra deyib.
“Beynəlxalq tərəfdaşlar Ukraynaya uzunmüddətli dəstək üçün 115 milyard dollar verəcək. Bu, təkcə maliyyə sabitliyimizi təmin etməyəcək, həm də Rusiyaya aydın siqnal verəcək ki, Ukraynanın müttəfiqləri bizə nə qədər vaxt lazımdırsa, dəstək verəcəklər. Tam qələbəyə qədər”, – o vurğulayıb.