ABŞ federal hökumətinin büdcə kəsiri bu ilin mart ayında gəlirlərin azalması və xərclərin artması nəticəsində 378 milyard dollar təşkil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi mart ayı üçün büdcə balansı hesabatını açıqlayarkən məlumat yayıb.
“1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin altıncı ayında federal hökumətin büdcə açığı 378 milyard dollar olaraq hesablanıb.
Federal hökumətin keçən ilin eyni ayında 193 milyard dollar büdcə kəsiri var idi. Belə ki, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 96 faiz artıb.
Bu dövrdə büdcə tarazlığı ilə bağlı bazar gözləntisi büdcənin 302 milyard dollar kəsir verəcəyi idi. Mart ayında hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə təxminən yüzdə 1 azalaraq 313 milyard dollara enərkən, xərcləri yüzdə 36 artaraq 691 milyard dollara çatıb. 2023-cü maliyyə ilinin altıncı ayı olan mart ayı etibarilə ölkənin cəmi büdcə kəsiri əvvəlki ilin eyni dövrünə görə təxminən yüzdə 65 artaraq 1 trilyon 101 milyard dollara çatıb. Sözügedən kəsir ötən ilin eyni dövründə 668 milyard dollar səviyyəsində olub. Maliyyə ilinin ilk 6 ayında xərclər əvvəlki ilin eyni dövrünə görə yüzdə 13 artaraq 3 trilyon 149 milyard dollara, gəlirlər isə təxminən yüzdə 3 azalaraq 2 trilyon 48 milyard dollara çatıb”, – məlumatda belə deyilir.