ABŞ Rusiya Mərkəzi Bankının xarici banklardakı hesablarında saxlanılan dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə etməyi düşünür.
Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ABŞ-ın Ticarət Palatasının təşkil etdiyi ABŞ-Ukrayna tərəfdaşlıq forumunda deyib.
“Fevralda biz 5.4 milyon dollarlıq birinci tranşın ayrıldığını elan etdik və yenilərini planlaşdırırıq. Təbii ki, bizim və müttəfiqlərimizin 300 milyard dollar məbləğində dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri də müzakirə olunur”, – o bildirib.
Rəsminin sözlərinə görə, Dünya Bankı Ukraynanın bərpasını 411 milyard dollar qiymətləndirib.