10 C
Baku
Thursday, December 12, 2024

Makron pensiya islahatları barədə qanun layihəsini imzaladı

Fransa prezidenti Emmanuel Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb.

Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Qeyd olunub ki, artıq sənəd Fransanın rəsmi qəzetində dərc olunub.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da Konstitusiyanın 49.3 maddəsindən istifadə edərək Milli Assambleyada səsvermədən yan keçməklə, təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatlarını qəbul edib. Parlamentin aşağı palatasında təmsil olunan müxalifət fraksiyaları martın 20-də hökumətə qarşı iki etimadsızlıq votumu irəli sürsə də lazımi səs toplaya bilməyib.

Bundan sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub. Sonuncu instansiya, Fransa Konstitusiya Şurası da pensiya islahatlarının əsas müddəalarını təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər