2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2023-cü ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında ayrılmış vəsaitin 35.5%-i və ya 1067.0 milyon manatı istifadə olunub.