6 C
Baku
Sunday, December 15, 2024

Ermənistandan Rusiyaya süd məhsullarının ixracı yenidən bərpa olunacaq

Ermənistan istehsalı olan süd məhsullarının Rusiya bazarına tədarükü problemi mərhələli şəkildə həll olunacaq.

Bu barədə “Sputnik Armenia” yazıb.

Bildirilir ki, bu barədə hər iki ölkənin müvafiq qurumları arasında razılığa gəlinib.

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbərləri Armen Ayrapetyanla Sergey Dankvert Moskvada keçirilən görüşdə konstruktiv addımlar atmaq barədə razılığa gəliblər.

Qeyd olunub ki, sırf yerli xammalla işləyən erməni istehsalçıları və ixracatçıları yoxlamalar üçün müfəttişliyə müraciət edə bilərlər və bu da Rusiyaya əvvəlki həcm ixracı bərpa edəcək.

Xatırladaq ki, “Rosselxoznadzor” Ermənistanın baytarlıq xidmətinə 5 apreldən etibarən Rusiyaya süd məhsullarının tədarükünün dayandırılması ilə bağlı müraciət edib.

Buna səbəb kimi o göstərilib ki, erməni istehsalçıları “Rosselxoznadzor”un məhdudiyyətlər tətbiq etdiyi İran xammalından istifadə edirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər