ABŞ-ın Kolumbiya Məhkəməsində iki beynəlxalq biznes təşkilatı ABŞ-dan İrana mal göndərməklə bu ölkənin ixrac və sanksiya qanunlarını pozduqları üçün mühakimə olunublar.
Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Sözügedən şirkətlər təqsirli olduqlarını etiraf ediblər və onlara hökm oxunub.
Məlumata əsasən, Tayvanın “DES International Co. Ltd. (DES)” və Bruneyin “Soltech Industry Co. Ltd. (Soltech)” biznes təşkilatları ABŞ-ın tələblərini pozmaq və Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı və İran Əməliyyatları və Sanksiya Qaydalarını pozmaqda təqsirli olduqlarını etiraf ediblər.
Məhkəmənin qərarına əsasən? hər iki şirkət İrana qeyri-qanuni ixrac edilən malların dəyərinin üç qatı – 83.769 ABŞ dolları məbləğində cərimə edilib və onlara 5 illik sanksiya tətbiq edilib.
ABŞ-ın Kolumbiya dairəsi üzrə prokuroru Metyu Qrevyes bildirib ki, bu cinayət mühakimələri göstərir ki, İrana qarşı sanksiyaları pozan və bununla da ölkənin milli təhlükəsizliyini təhdid edən bütün fiziki və hüquqi şəxslərlə mübarizə aparacaqlar.