11 C
Baku
Monday, November 25, 2024

“Xiaomi” yeni Pad 6 və Pad 6 Pro planşetlərini təqdim edib

“Xiaomi” yeni məhsulların geniş miqyaslı təqdimatı çərçivəsində 2021-ci ildə satışa çıxarılan Pad 5 ailəsini əvəz edəcək Pad 6 və Pad 6 Pro planşetlərini təqdim edib. Hər iki model 11 düymlük 2.8K displey alıb. Cihazlar arasındakı fərq prosessordadır – Pad 6 modeli Snapdragon 870, Pad 6 Pro isə Snapdragon 8+ Gen 1 ilə təchiz edilib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Planşetlər konfiqurasiyaya görə fərqlənirlər: 8 Gb və ya 12 Gb operativ yaddaş, 128 Gb və ya 512 Gb daxili yaddaş versiyaları mövcuddur. Akkumulyator tutumu müvafiq olaraq 8840 mAh və 8600 mAh təşkil edir.

Çində yeni Pad 6 və Pad 6 Pro-nun satışı aprelin sonunda başlayacaq. Digər bazarlarda planşetlərin buraxılış vaxtı hələ açıqlanmayıb.

Son xəbərlər
Digər xəbərlər