18 aprel 2023-cü il tarixində Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı (AR) Ticarət Nümayəndəliyinin, AR-nın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin, ABB-MOSKVA-nın (Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi – ABB ASC) dəstəyi ilə Rusiya Biznes Bələdçisi “Rusiya-Azərbaycan: işgüzar qarşılıqlı fəaliyyət strategiyası, əməkdaşlıq və tərəfdaşlıq imkanları” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbir Rusiya Federasiyasının Ticarət və Sənaye Palatası ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi arasında videokörpü rejimində keçirilmişdir. Görüş iştirakçıları iki ölkə arasında işgüzar əməkdaşlıq üçün ən vacib məsələləri müzakirə ediblər.
Forumun gedişatı ərzində iki ölkənin iqtisadi inkişafının son tendensiyaları ilə bağlı çoxlu maraqlı və əhəmiyyətli fikirlər səsləndirilib. Forumun mühüm iştirakçılarından olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev öz açılış nitqində xüsusən vurğulamışdır: “Mövcud geosiyasi və iqtisadi vəziyyət Azərbaycanın enerji resursları, neft-kimya və ərzaq məhsullarının tədarükü üzrə qlobal bazara inteqrasiyası üçün eyni vaxtda iki istiqamətdə imkan yaradır:
- Avropa bazarını tərk edən Rusiya tədarükləri üçün “əvəzedici” oyunçusu qismində;
- Rusiyanın neft-qaz və taxıl axınlarının istiqamətinin Avropadan Asiyaya dəyişdirilməsi fonunda.
Xammalın (karbohidrogen və aqrar) toplanması və emalı infrastrukturunu yaratmaqla Azərbaycan iqtisadiyyatın və infrastrukturun yeni sahələrini əldə etmiş olur ki, gələcəkdə bunları öz istehsalı və məhsulu ilə doldura bilər, hazırda isə məhsulların daxili bazarın ehtiyacları üçün saxlanması və qismən emalı üçün istifadə edə bilər.”
Ruslan Əliyev, ölkələrimiz arasında əməkdaşlığın təkcə paytaxtların qarşılıqlı əlaqəsi ilə məhdudlaşmadığını, eyni zamanda regionlararası tərəfdaşlığın inkişaf etdirilməsinin də vacibliyini vurğulayaraq qeyd edib ki, biznes-missiyalar işgüzar əməkdaşlığın inkişafında son dərəcə mühüm rol oynayır.
Azərbaycan Respublikası Rusiya Federasiyasının Cənubi Qafqazda əsas tərəfdaşıdır. 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 4 milyard dolları ötümüşdür. Dəyirmi masanın bütün iştirakçıları əmindirlər ki, bu rəqəm son hədd deyildir.