Azərbaycan və NATO əməkdaşlığı müzakirə edildi

“NATO Baş Katibinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Xüsusi Nümayəndəsi xanım İrene Fellin ilə xoş görüşümüz oldu”.

Bunu Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə “Twitter“də yazıb.

Diplomat bildirib ki, görüşdə tərəflər arasında əməkdaşlıq müzakirə olunub.

“Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) mözsunun gündəliyində dayanan məsələləri, eləcə də bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər