9 C
Baku
Tuesday, December 24, 2024

XİN başçısı: Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb

Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb, hər zaman bu münasibətlərin müsbət müstəvidə inkişafının tərəfdarı olmuş, buna səylər göstərmişdir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Münasibətlərdə fikir ayrılıqları olan zamanda belə Azərbaycan təmaslardan çəkinməyib, təmaslar intensiv formada davam edib. Biz bu cür təmaslara hər zaman açığıq. Bu müstəvidə xanım Ketrin Kalonnanın ölkəmizə səfərini müsbət qiymətləndiririk”, – XİN başçısı qeyd edib.

Ceyhun Bayramov bildirib ki, bizim ölkələrimiz arasında parlamentlərarası əlaqələr də mövcuddur: parlamentlərarası dostluq qrupları fəaliyyət göstərib, qarşılıqlı investisiyaların həcmi çox milyardlıdır: “Eyni zamanda, biz onu da qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, yəni Azərbaycan Respublikası öz Konstitusiyasına və BMT-nin Nizamnaməsinə və legitim hüquqlarına əsasən, öz torpaqlarına azad etdikdən sonra Ermənistan-Azərbaycan arasında postmünaqişə dövründə, yumşaq sözlə desək, ölkələrimiz arasında fikir ayrılıqları mövcud olmuşdur. Bu son iki il yarımlıq müddəti siyasi gündəlik baxımından dəyərləndirsək, yeni siyasi təmasların yeni layihələrin inkişafına deyil, hansısa qarşılıqlı diplomatik debatlar, fikir ayrılıqların nümayişi fonunda keçmişdir!” – o, əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər