“Azərbaycan və Fransa arasında qarşılıqlı investisiyaların həcmi bir neçə milyard avroya çatıb”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də regional məsələləri müzakirə etdik”, – C.Bayramov bildirib.
“Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Bu müddət ərzində müxtəlif sahələrdə münasibətlər çox dinamik inkişaf edib. Buraya birgə enerji layihələri, kosmik, humanitar, sosial və digər əməkdaşlıq sahələri daxildir”, – nazir əlavə edib.