“Premium Bank” ASC 2023-cü ilin ilk rübündə də səhmdarlarına bölüşdürülməmiş mənfəətindən dividend ayırdığını elan edib.
Banker.az xəbər verir ki, bank səhmdarlarına ayırdığı dividentin həcmi 8 milyon manatdır.
2023-cü ilin əvvəlində “Premium Bank” ASC-nin 15.5 mln. manatlıq bölüşdürülməmiş mənfəəti vardı və ilk rübdə əlavə daha 3.51 mln. manatlıq xalis mənfəət əldə edib.
Beləliklə, hazırkı elan edilən 8 milyon ayırmadan sonra balansda daha 11 milyon manatlıq bölüşdürülməmiş mənfəət var.
Bunu də əlavə etməliyik ki, öncəki ildə də bankın səhmdarlarına 4.89 mln. manatlq dividend bölünməsi elan edilmişdi.
Bankın son audit hesabatına görə, səhmlərinin 84.46%-i Zərifə Həmzəyevaya, 15.22%-i “VIP Aviasiya Xidmətləri Şirkəti”nə və 0.32%-i isə Elvira Əhmədovaya məxsus olduğu açıqlanıb. O zaman bu müddət ərzində heç bir dəyişiklik olmazsa, dividentdən Zərifə Həmzəyevaya 6.76 mln, “VIP Aviasiya Xidmətləri Şirkəti” 1.22 mln. manat və Elvira Əhmədovaya 26 min manat həcmində dividend çatmalıdır.