Dünya Bankı (DB) 2023 və 2024-cü illərdə neftin qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatında bildirilib. DB-yə görə, 2023-cü ildə “Brent” neftinin qiyməti 84 dollar, 2024-cü ildə isə 86 dollar təşkil edəcək. Bu isə Dünya Bankının oktyabr proqnozu ilə müqayisədə müvafiq olaraq 8% az və 6% çoxdur.
Qeyd edək ki, Dünya Bankı 2022-ci il üzrə neftin qiymətini 99 dollar proqnozlaşdırmışdı.