14 C
Baku
Saturday, November 23, 2024

Fransanın XİN başçısı Azərbaycan və Ermənistana səfərinin məqsədindən danışıb

“Biz bütün mübahisələrin danışıqlar yolu ilə həllini istəyirik”.

Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, Fransa Avropa İttifaqı ilə birlikdə bu ideyaya sadiqdir: “Məhz bu çağırışı təkrarlamaq və danışıqları bərpa etmək üçün mən bu həftə Azərbaycan və Ermənistana səfər etdim”.

Xatırladaq ki, K.Kolonna İrəvanda səfərdədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər