Türkiyənin “Türk Reasürans” şirkəti Akkuyu AES-i 700 milyon avro dəyərində sığortalayıb.
Bu barədə “Hürriyet” nəşri yazıb.
Bildirilir ki, “Akkuyu” AES-i sığortalayan şirkət Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinə tabedir.
Türkiyədə ötən ilin martında nüvə tənzimlənməsi haqqında qanun qəbul edilib.
Bu qanuna əsasən, nüvə obyektlərini yaradacaq və istismar edəcək şəxslər, habelə nüvə enerjisi sahəsində çalışacaq şəxslər üçün icbari sığorta tətbiq edilib.