11 C
Baku
Monday, November 25, 2024

Prezidentin köməkçisi: “Ölkəyə müxtəlif sektorlardan 300 mlrd. dollardan çox investisiya daxil olub”

Biz yeni fəaliyyətə başlayanda Dövlət Neft Fondunun 270 milyon dollar vəsaiti var idi, indi isə 50 milyard dollardan çoxdur.

Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Son 20 il ərzində Azərbaycan ÜDM-i 3.6 dəfə, iqtisadiyyata investisiya isə 4 dəfə artıb. Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub. İstənilən rəqəmlər faizlə deyil, dəfə ilə ölçülür”, – deyə Şahmar Mövsümov vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər