Məşhur “Roshen” konfetlərinin istehsalçı firması “Azroşen” MMC “OBA Market” MMC ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, “Azroşen” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr qaynaqlanır, işə baxan hakim Emin Əliyevdir.
Qeyd edək ki, Ukraynanın “Roşen” şirkətinin Azərbaycan filialı olan “Azroşen” MMC 2003-cü ildə qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur.