Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 60%-ə yaxınlaşıb.
Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Məlumata görə, bu ilin 1 may tarixinə Avropada qaz anbarların doluluq səviyyəsi 0.31 faiz bəndi artaraq 59.6% təşkil edib. Bu, ötən ilin müvafiq tarixinə olan göstəricisindən 26 faiz bəndi çoxdur.
Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 65 mlrd. kubmetr təşkil edib.