6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin mənfəəti 42% artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci ili 3 milyon 502 min manat mənfəətlə başa vurub. 2021-ci ildə investisiya şirkətinin mənfəəti 2 milyon 461 min manat olub ki, bu da illik müqayisədə 42.3% artım deməkdir.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin ötən il qiymətli kağızları ilə əməliyyatlar üzrə xalis gəliri 5 milyon 283 min manat (əvvəlki ilə nisbətən 2.9 dəfə çox), qeyri-faiz gəliri 6 milyon 629 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə çox), mənfəət vergisi ödəmələri 898 min manat (əvvəlki ilə nisbətən 42% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 123 milyon 925 min manat olub ki, bu da illik müqayisədə 43.4% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 44.3% artaraq 113 milyon 511 min manata, balans kapitalı isə 34% artaraq 10 milyon 413 min manata çatıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

 

 

Son xəbərlər
Digər xəbərlər