Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında gələn həftə mümkün görüş barədə danışıb.
Kremlin sözçüsü hadisələri qabaqlamamağı məsləhət görüb.
O bildirib ki, müəyyən planlar müzakirə olunur, müzakirə yekunlaşandan sonra Putin-Paşinyan görüşü barədə açıqlama veriləcək.
Qeyd edək ki, Paşinyan gələn həftə Moskvaya səfər edəcəyini açıqlayıb.