Avqust ayı ərzində “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49 886 dəfə istifadə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Elektron hökumət” portalında cəmi bir ildir yaradılan “Elektron arayışlar” xidməti vasitəsi ilə artıq vətəndaşlar 9 növ arayışı dövlət qurumuna getmədən portaldan asanlıqla əldə edə bilirlər.
Hazırda 20-yə yaxın bank və bir neçə kredit təşkilatı bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər.
Vətəndaşlar portal üzərindən e-arayışları formalaşdıraraq banklara və kredit təşkilatlarına təqdim edərək vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar.