Yeni avtomobil yolunun və ya adsız avtomobil yolunun adlandırılması qaydası müəyyənləşib.
Banker.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nda dəyişiklik edib.
Beləliklə, “Yeni avtomobil yolunun və ya adsız avtomobil yolunun adlandırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 (iyirmi bir) iş günü müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada avtomobil yolunu adlandırır və 3 (üç) iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandıracaq.